Rusiya İsrailin Suriyaya hava zərbələri endirməsinə münasibət bildirdi

Rusiya şənbə günü İsrail ordusunun Suriyaya zərbələr endirməsinə görə ciddi narahatdır və tərəfləri təmkinli olmağa və Suriyanın suverenliyinə hörmət etməyə çağırır.

Yeniavaz.com-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. Bildirilir ki, Suriyada təhlükəsizlik zonalarının daxilində və onun ətrafında gərginliyin artması xüsusi narahatçılıq doğurur: “Suriya hökumət qoşunları ölkənin cənub-qərbindəki təhlükəsizlik zonalarının dayanıqlı fəaliyyətinin təmin edilməsi üzrə mövcud razılaşmalara əməl edir”.

Rusiya XİN-in məlumatına əsasən, İsrail aviasiyası Suriya ərazisindəki hədəflərə, o cümlədən sərhəddə yerləşən təhlükəsizlik zonasına bir neçə raket zərbəsi endirib: “Bu hücumlar nəticəsində suriyalılar arasında itkilər və maddi zərər dəqiqləşdirilir. Cəlb olunmuş bütün tərəfləri təmkinli olmağa və vəziyyəti daha da kəskinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırırıq”.

Xatırladaq ki, şənbəyə keçən gecə İsrail hərbçiləri ölkə ərazisində daxil olan İrana məxsus pilotsuz uçuş aparatını vurduqlarını iddia ediblər. Suriya hava hücumundan müdafiə sistemi isə ölkəyə hava zərbələri endirən İsrailə məxsus F-16 qırıcısını vurub.

DİGƏR XƏBƏRLƏR

Top