ABŞ “İŞİD-ə dəstək verən” türk şirkətinə sanksiya tətbiq etdi

ABŞ hökuməti Türkiyə, Filippin və Somalidən olan üç müxtəlif şirkətə “İŞİD-ə dəstək verdikləri” iddiası ilə sanksiya tətbiq etməyə başlayıb.

Yeniavaz.com-un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, ABŞ Xəzinə Nazirliyi Türkiyədə Yunus Emre Sakarya adlı iş adamının sahib olduğu “Profesyoneller Elektronik” şirkətinə sanksiya tətbiq edib.

Şirkət İŞİD-ə pilotsuz uçuş aparatının (PUA) ləvazimatları tədarük etməkdə ittiham olunur.

Onun 2015-ci ildən bəri İŞİD-ə PUA hissələri tədarük etdiyi iddia edilir.

Bildirilir ki, İŞİD-ə göndərilən ləvazimatların ümumi dəyəri 500 min dollardır.

DİGƏR XƏBƏRLƏR

Top