Afrində 5-ci təhlükəsizlik zonası yaradıla bilər

Astana prosesi çərçivəsində Suriyanın Afrin bölgəsində beşinci gərginliyi azaltma zonasının yaradılması müzakirə olunur.

Yeniavaz.com-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. Onun sözlərinə görə, Astanada keçiriləcək görüşdə yeni təhlükəsizlik zonasının yaradılması məsələsi diqqət mərkəzində qalmağa davam edəcək.

Qeyd edək ki, hazırda Suriyada gərginliyi azaltma üzrə 4 zona yaradılıb.

Birincisi, Hama vilayətinin bir qisminin də daxil olduğu İdlib vilayətində, ikincisi Hums şəhərindən şimalda, üçüncüsü Dəməşq ətrafındakı Şərqi Quta rayonunda və dördüncüsü Suriyanın İordaniya ilə sərhədindəki Dəraa vilayətində yaradılıb.

Təhlükəsizlik zonalarının tətbiqinə dair razılaşma Suriyada sülhün təminatçı ölkələri olan Rusiya, Türkiyə və İranın Astanada keçirilən danışıqlarında əldə olunub.

DİGƏR XƏBƏRLƏR

Top