
İsrail aviasiya rəhbərliyi ölkənin əksər ərazisi üzərində hava məkanını bağlayıb.
Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bununla belə, İran pilotsuz uçuş aparatı ilə bağlı insident və ardından İsrail Hərbi Hav Qüvvələrinin Suriyaya hücumundan sonra ölkənin əsas aeroportu olan beynəlxalq David Ben-Qurion hava limanı normal rejimdə işləyir.
Bildirilir ki, Şfaimdən şimala doğru hamı üçün uçuşlar bağlanıb. Şfaim İsrailin mərkəzindəki kiçik yaşayış məntəqəsədir. İsrail ordusunun verdiyi məlumata görə, gecə hərbçilər Suryadan ölkə ərazisinə soxulan İran pilotsuz uçuş aparatını vurublar və buna cavab olaraq Suriyadakı İran hədəflərinə hücum edilib.
Suriya tərəfi isə öz növbəsində bəyan edib ki, hava hücumundan müdafiə qüvvələri İsrailin bir neçə hərbi təyyarəsini vurub. İsrail ordusu etiraf edib ki, Suriyaya hava hücumunda iştirak etmiş F-16 qırıcısı vurularaq yerə düşüb. Təyyarənin iki heyət üzvü sağ qalıb, lakin bir pilot ağır trvama alıb.
Tətbiqimizi yükləyə bilərsiniz