
Türkiyənin həm Afrində hərbi əməliyyat keçirəcək, həm də eyni zamanda Egey dənizinə nəzarət edə biləcək gücü var. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar deyib. H. Akarın sözlərinə görə, Türkiyə Egey dənizində mövcud problemlərin yaxşı qonşuluq əlaqələri çərçivəsində həll edilməsindən yanadır.
O bildirib: “Bütün dənizlərimizdə ölkəmizin beynəlxalq hüquq və sazişlərdən qaynaqlanan haqq və mənfəətlərini qorumaq məsələsində qətiyyətliyik”. H. Akar əlavə edib ki, Tükiyənin şərq və cənub-şərqində terrorçuluqla mübarizə əzm və qətiyyətlə davam etdirilir. İraq və Suriyanın şimalında bütün terror təşkilatlarına qarşı mübarizənin uğurla aparıldığını qeyd edən H. Akar deyib ki, Türkiyənin heç kəsin torpağında gözü yoxdur və Afrin əməliyyatı Suryanın ərazi bütövlüyünə hörmət əsasında həyata keçirilir: “Əməliyyatın əsas məqsədi bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək, ölkələrindən zorla çıxarılanların suriyalı qardaşlarımızın öz evlərinə qayıtmasına imkan yaratmaqdır”.
Tətbiqimizi yükləyə bilərsiniz