Proqnozlar Bürosu: İstirahət günlərində hava şəraiti yağmurlu keçəcək

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti yağmurlu keçəcək”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, bu gün - fevralın 9-da gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir: "Mülayim cənub küləyi əsəcək". G.Məmmədova qeyd edib ki, fevral ayının 10-da və 11-də bəzi yerlərdə yağmurlu hava şəraiti müşahidə olunacaq: "Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq".Report

DİGƏR XƏBƏRLƏR

Top