ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycandan sonra Ermənistana səfər ediblər.
Aysor.am saytına istinadən xəbər verir ki, diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
Daha sonra onlar Dağlıq Qarabağa səfər edəcəklər.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində fevralın 6-7-də Bakıda olublar.oxu.az