Rusiya Afrindəki gərgin vəziyyətə görə bu ölkəni təqsirkar saydı

ABŞ-ın hərəkətləri Suriyanın Afrin bölgəsində gərginliyin artmasına gətirib çıxarıb. Yeniavaz.com-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. XİN-in məlumatında bildirilir ki, hazırda Afrin bölgəsində Suriya hökumət qoşunları ümumiyyətlə yoxdur. Qeyd olunur ki, Vaşinqton Suriyanın ərazi bütövlüyünə təminat versə də, ABŞ-ın öz “müştərilərinə” dəstək verməsi Afrində gərginliyin atmasına səbəb olub. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində “Zeytun budağı” əməliyyatına başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top