Putin: Smartfonum yoxdur

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, smartfondan istifadə etmir.

Yeniavaz.com-un “Gazeta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, V. Putin bu etirafı Prezident yanında Elm və Təhsil Şurasının iclasında edib.

O deyib: “Siz deyirsiniz ki, hamının smartfonu var, ancaq mənim smartfonum yoxdur”.

Rusiya Prezidenti Kurçatov adına elmi-araşdırma institutunun rəhbəri Mixail Kovalçukun sözlərinə münasibət bildirirkən smartfondan istifadə etmədiyini vurğulayıb.

M. Kovalçuk bildirib ki, smartfon bir danışıq sorğusunun işlənməsinə xeyli sayda enerji sərf edir və hamı smartfondan istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top