Rusiya prezidenti seçkilərində 8 nəfər mübarizə aparacaq

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci ilin martın 18-də keçiriləcək prezident seçkilərində iştirak edəcək bütün namizədləri qeydə alıb.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu MSK-nın sədri Ella Pamfilova deyib.

Onun sözlərinə görə, seçki bülletenində səkkiz namizədin adı olacaq. MSK, həmçinin seçki bülletenin mətnini də təsdiq edib.

Namizədliyi qeydə alınanlar aşağıdakılardır: Kseniya Sobçak (“Vətəndaş təşəbbüsü”), Maksim Suraykin (“Rusiya Kommunistləri”), Vladimir Putin (müstəqil namizəd), Pavel Qrudinin (Rusiya Federasiyası Kommunist Partiyası), Vladimir Jirinovski (Rusiya Liberal Demokrat Partiyası), Boris Titov (“Partiya rosta”), Qriqori Yavlinski (“Yabloko”) və Sergey Baburin (“Rusiya ümumxalq ittifaqı”).

DİGƏR XƏBƏRLƏR

Top