“Türk axını” 7 milyard dollarədək bahalaşdı

“Türk axını” qaz kəmərinin tikintisi çox güman ki, “Qazprom” şirkətinin büdcəsi hesabına maliyyələşdiriləcək.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Qazprom”un İdarə Heyətinin sədr müavini Andrey Kruqlov deyib.

Onun sözlərinə görə, “Türk axını” daha sonra xüsusi istiqrazların buraxılması hesabına maliyyələşdiriləcək.

A. Kruqlov qeyd edib ki, layihənin dəyəri daha əvvəl təxminən 6 milyard dollar təşkil edirdisə, hazırda bu rəqəm təqribən 7 milyard dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, “Türk axını” magistralı üzrə qazın nəqli 2019-cu ilin dekabrında başlanmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top