Almaniyada iş həftəsi 28 saatadək azaldıldı

Avropa və Almaniyanın iri həmkarlar ittifaqı “IG Metall” Almaniyanın cənub-qərbində fəaliyyət göstərən konsernlərdən 28 saatlıq iş həftəsinin təyin edilməsinə və öz üzvlərinin əməkhaqqının artırılmasına razılıq alıb.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, “IG Metall” sənayenin müxtəlif sahələrinin işçilərinin maraqlarını müdafiə edir.

Sazişə əsasən, gələn ildən etibarən “Daimler” və “Bosch” daxil olmaqla, 700-dən çox şirkətin işçiləri zərurət yaranarsa iki il müddətinədək 28 saatlıq iş həftəsinə keçə bilərlər.

Bundan sonra onlar adi 35 saatlıq iş həftəsinə qayıtmalıdırlar. İşverən onlara yalnız işlənmiş saatlara görə ödəniş edəcək. Lakin konsernlər daha çox qazanmaq istəyən işçilərə 40 saatlıq iş həftəsi üzrə müqavilə təklif etmək hüququ da əldə ediblər.

Həmkarlar İttifaqının nümayəndələrinin sözlərinə görə, bu sxem işçilər üçün böyük çeviklik təmin edir və onlar məsələn, uşaqlara, xəstələrə və ya yaşlı qohumlara daha çox diqqət ayırmaq imkanı əldə edirlər.

Digər tərəfdən, “IG Metall” maraqlarını qoruduğu işçilər üçün məvacibin cari ilin aprelindən 4,3 faiz artırılmasına nail olub.

DİGƏR XƏBƏRLƏR

Top