220 saylı məktəb-liseyin kollektivi ictimaiyyətə müraciət etdi - FOTOLAR

Ötən günlərdə aktyor Rza Rzayevin 220 nömrəli məktəb-liseydə direktor müavini işləyən bacısı Zeynəb Rzayevanın vəzifəsinin dəyişdirilməsinə etiraz edərək, direktor Tural Mirzəliyevi alçaldıcı ifadələrlə təhqir etməsi, əxlaqsızlıqda və rüşvətxorluqda günahlandırması ictimaiyyətdə geniş narahatlığa səbəb olub.

Adıçəkilən məktəb-liseydə quraşdırılan müşahidə kameralarında qeyd olunun, Rza Rzayevin 220 saylı məktəb-liseyin direktorunu təhqir etdiyi anı əks etdirən video ictimaiyyətə təqdim olunduqdan sonra, baş verənlər ölkə gündəmində geniş müzakirə obyektinə çevrildi.

Başverən hadisə ilə bağlı 220 saylı məktəb-liseyin kollektivi ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətin bir nüsxəsi yeniavaz.com-a da göndərilib. Əlavə şərh vermədən müraciəti təqdim edirik.

Elvin Əliyev

DİGƏR XƏBƏRLƏR

Top