YAP-ın qurultayı başlayıb

Bakıda, Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçirilir.

Bu, YAP-ın VI qurultayıdır.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq, habelə, növbədənkənar Prezident seçkilərinə namizəd irəli sürüləcək.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2013-cü ildə keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Report

DİGƏR XƏBƏRLƏR

Top