Böyükağa Hacıyev infarkt keçirib

AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb.

60 yaşlı mütəxəssis infarkt keçirib.

Məsləhətləşmələrdən sonra tanınmış mütəxəssisin Mərkəzi Klinik Xəstəxanaya köçürülməsi qərara alınıb.

Qeyd edək ki, Böyükağa Hacıyev 2006-cı ildə “Bakı” klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində, “Neftçi”yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa Hacıyev tarixdə ilk dəfə “Neftçi”ni Avropa Liqasının qrup mərhələsinə çıxarıb. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top