Hindistanda nüvə başlığı daşıyan bilən ballistik raket sınaqdan keçirilib

Hindistan “Prithvi-II” ballistik raketini uğurla sınaqdan keçirib. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, raket nüvə başlığını daşımaq iqtidarındadır. Ballistik raket Çandapur poliqonunda buraxılıb. “Prithvi-II” 0,5-1 ton çəkisi olan başlıq daşıya bilər, onun uçuş məsafəsi 250-350 kilometr təşkil edir. Raketin uzunluğu 9 metr, kütləsi isə 4,5 tondur. Hazırda Hindistanda daha bir “Agni-V” ballistik raketin üzərində iş aparılır.

DİGƏR XƏBƏRLƏR

Top