Dağıstanlı məmurların xaricə getməsi qadağan edildi

Dağıstanın yüksəkvəzifəli məmurların xaricə çıxmasına qadağa qoyulub. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, qadağa respublika və şəhər səviyyəsində bütün rəhbər işçilərə şamil edilib. Müvafiq göstəriş Dağıstanda qanuniliyin vəziyyətini yoxlayan qurumlararası komissiyanın işi yekunlaşanadək qüvvədə qalacaq. Xüsusi komissiya respublikada yanvarda işləməyə başlayıb. Xatırladaq ki, indiyədək Dağıstanda Mahaçqalanın meri Musa Musayev, şəhərin baş memarı Maqomedrəsul Qitinov, respublikanın Baş naziri Əbdusəməd Həmidov, onun iki müavini Şamil İsayev, Rayudin Yusifov, keşmiş təhsil naziri Şahabas Şahov həsb olunub.

DİGƏR XƏBƏRLƏR

Top