Son bir ildə Bakının kafe və restoranlarda 945 milyon manat xərclənib

2017-ci ildə Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2016-cı illə müqayisədə real ifadədə 4,2 faiz artaraq 945,4 milyon manat olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, dövriyyənin 41,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı illə müqayisədə 12,6 faiz artaraq 392,4 milyon manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top