Dağıstanın baş naziri vəzifəsinə namizəd təsdiqlənib

Dağıstan parlamenti Artyom Zdunovun baş nazirlik postuna namizədliyini təsdiqləyib. "RİA Novosti” xəbər verir ki, bunu parlamentin təmsilçisi bildirib.“Fevralın 6-da Dağıstan başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vasiliyev Artyom Zdunovun baş nazir postuna namizədliyini parlamentə təqdim edib. Deputatlar bu məsələyə baxaraq onun Dağıstan hökumətinin sədri vəzifəsinə namizədliyini bəyəniblər”, - parlamentin təmsilçisi bildirib. Artyom Zdunov bundan əvvəl Tatarıstan Respublikası iqtisadiyyat naziri işləyib. Dağıstanın keçmiş baş naziri Abdusamad Qamidov dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək həbs edilib. Report

DİGƏR XƏBƏRLƏR

Top