Hafiz Hacıyevin Aslan İsmayılova qarşı iddiası əsasında məhkəmə iclası davam etdirilib

Bu gün Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası davam etdirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə A.İsmayılov çıxış edib. O bildirib ki, H.Hacıyev onun barəsində səsləndirdiyi fikirləri bu işə əlavə edilməsini istəyib. H.Hacıyev isə qeyd edib ki, A.İsmayılov işi siyasiləşdirir və ona şər-böhtan atıb. Məhkəmə linqivistiq ekspertizanın təyin edilməsi barədə qərar çıxarıb. Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, MMP-nin sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, müraciətində bildirib ki, A.İsmayılov onun şərəf və ləyaqətini alçaldıb və buna görə hüquqşünasın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. A.İsmayılov da eyni maddələrlə onu məhkəməyə verib.Report

DİGƏR XƏBƏRLƏR

Top