Mingəçevirdə 26 yaşlı qadın dəm qazından ölüb

Mingəçevir şəhərində dəm qazından daha bir ölüm faktı qeydə alınıb. Yeniavaz.com xəbər verir ki, 26 yaşlı qadın kirayə yaşadığı mənzildə dəm qazından zəhərlənib. Hadisə şəhərin Günəşli yaşayış massivində baş verib. Həyat yoldaşı Nuranə Abbasovanı hamamda huşsuz vəziyyətdə görüb. Kişi dərhal küçəyə çıxaraq ətrafdakıları köməyə çağırıb. O, həyat yoldaşını şəhərdə xidmət göstərən Yol Patrul Xidmətinin əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırıb. 26 yaşlı şəhər sakininə tibbi yardım göstərilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top