Fransa XİN: Suriya ordusu kimyəvi silahdan istifadə edir

Bəzi məlumatlar göstərir ki, Suriya ordusu zəhərləyici maddələrdən istifadəyə əl atır. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib. O bildirib: "Əlimizdə olan bütün faktlar göstərir ki, hazırda Suriya hakimiyyəti ölkədə hücum zamanı xlordan istifadə edir. BMT bunu fevralın 6-da araşdırmağa başlayıb. Bu, çox ciddi vəziyyətdir". Bununla belə, nazir vurğulayıb ki, bu cür bəyanatlara ehtiyatla yanaşmaq lazımdır, çünki araşdırmanın rəsmi məlumatları hələ yoxdur: "Fransa Suriya hakimiyyətinin kimyəvi silahdan istifadəsini davam etdirməsini bütün qətiyyəti ilə qınayır".

DİGƏR XƏBƏRLƏR

Top