Türkiyədə deputat mandatı ləğv edilən HDP üzvlərinin sayı 7-yə çatdı

Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) millət vkili Fərhad Encünün deputat mandatı ləğv edilib.

Yeniavaz.com-un “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, Şırnakdan parlamentə seçilmiş deputat “xalqı hərbi xidmətdən soyutma, terror təşkilatının təbliğatını aparma, xalqı kin və düşmənçiliyə təhrik etmə, qadağan olunmuş hərbi ərazilərə girmə, dövlət vəzifəsini yerinə yetirdiyinə görə şəxsi öldürməyə təşəbbüs” cinayət işi üzrə təqsirli bilinib və 4 il 7 ay həbs cəzası alıb.

Bunu nəzərə alan Türkiyə parlamenti konstitusiyanın müvafiq maddələrinə əsaslanaraq onun deputat mandatını əlindən alıb. Bununla da deputat mandatları ləğv edilən HDP-li üzvlərin sayı 7-yə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top