Slovakiyada sifilis epidemiyası yayılıb

Slovakiyanın şərqində yerləşən Trebişov rayonunda sifilis epidemiyası olduğu bildirilib.

Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, Trebişov şəhərində və eyniadlı rayonda sifilis epidemiyası yayılıb. Epidemiyanın yayıldığı rayonda 100 mindən çox vətəndaş yaşayır.

Epidemiyanın qarşısını almaq məqsədilə xəstələr bir neçə klinikada təcrid vəziyyətində saxlanılacaq və onlara kompelsk müalicə veriləcək. Trebişov rayonunda sifilisə yoluxma halı Slovakiyanın digər ərazilərinə nisbətən 16 dəfə çoxdur.

Təkcə son vaxtlar bu ağır xəstəliyə tutulanların sayı 115 nəfər artıb. Onların arasında respublikanın şərqindəki qaraçı milli azlığının çoxsaylı nümayəndələri üstünlük təşkil edirlər.

Qeyd edək ki, sifilis xroniki sistem yoluxucu zöhrəvi xəstəlikdir və dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi ilə müşahidə olunur.

DİGƏR XƏBƏRLƏR

Top