Fransa parlament iclaslarının yarısını buraxan deputat 8640 avro cərimə ödəyəcək

Fransa parlamentinin aşağı palatasının iclaslarını buraxan deputatlar irihəcmli cərimələrə məruz qalacaqlar.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Fransa Milli Yığıncağının sədri Fransua de Ruqi deyib. Almaniya Bundestaqının sədri Volfqanq Şöyblenin Fransaya səfəri zamanı parlamentin iclasında 577 deputatdan yalnız 147-nin iştirak etməsi F. De Ruqini özündən çıxarıb.

Fransa qanunvericiliyində deputatları iclasları buraxdıqlarına görə cərimələməyi nəzərdə tutan müddəa hələ 1940-ci ildən bəri var, lakin bu normalar reallıqda nadir hallarda tətbiq olunur. İndi isə, bütün iclasların azı üçdə birini buraxan deputatlar 4320 avro cərimələnəcək.

İclasların yarısında iştirak etməyənlər 8640 avro ödəməli olacaq. Ay ərzində öz komitələrinin azı iki iclasını buraxan deputatlar isə ayrıca 360 avro cərimə ödəyəcəklər. Bildirilir ki, Fransa parlamentinin üzvünün illik məvacibi 86 516 avro təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top