Suriyada vurulan təyyarənin pilotunun cəsədi Moskvaya gətirilib

Suriyada həlak olan Su-25 təyyarəsinin pilotu Roman Filipovun meyidi Moskva ətrafındakı Çkalov hərbi aeroportuna gətirilib.

Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindəki mənbə deyib.

Mənbənin sözlərinə görə, meyidlə birlikdə vurulan təyyarənin qalıqlarının bir hissəsi də çatdırılıb: “Hazırda cəsədin Rusiyaya gətirildiyi barədə pilotun qohumlarına məlumat verilir”.

Bildirilir ki, pilotun meyidi fevralın 5-də Moskvaya gətirilib, cəsədin alınmasında Türkiyə vasitəçi kimi çıxış edib.

Xatırladaq ki, Su-25 hücum təyyarəsi fevralın 3-də Suriyann İdlib vilayətində silahlılar tərəfindən vurulub. Pilot R. Filipov katapult etsə də, yerə endikdən sonra silahlılarla atışmada qranatla özünü partladıb.

Hücuma görə məsuliyyəti öz üzərinə “Heyət Təhrir əş-Şam” (əvvəlki adı “Cəbhət ən-Nusra”) qruplaşması götürüb. Pilot ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top