Azərbaycanlılar ən çox hansı idman növlərilə məşğul olurlar?

Azərbaycanda il ərzində 425 mindən artıq insan ayrı-ayrı idman növləri ilə məşğul olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, idmanla məşğul olanların təxminən 1/5-ni və ya 84 min nəfərini qadınlar təşkli edir. Komitənin açıqladığı məlumatda qeyd olunur ki, insanlar ən çox futbolla məşğul olurlar. İl ərzində futbolla məşğul olanların sayı 88,7 min nəfər olub. Qeyd edək ki, son illər futbolla məşğul olanların sayında azalma müşahidə olunur. Açıqlanan statistikadan belə görünür ki, 5 il əvvəl - ölkədə futbolla daha çox insan - 95,5 min nəfər məşğul olub.

Futboldan sonra insanların ən çox məşğul olduğu idman növü voleybol hesab olunur. İl ərzində 50,5 min nəfərin bu idman növü ilə məşğul olduğu bildirilir.

Bunladan başqa il ərzində 41,4 min nəfərin şahmat, 32,8 min nəfərin yüngül atletika, 21,9 min nəfərin basketbol, 21,5 nəfərin dama, 16,1 nəfərin sərbəst güləş, 12,4 min nəfərin futzal, 12,4 min nəfərin stolüstü tennis, 10,3 min nəfərin cüdo, 10 min nəfərin nərd, 9,7 min nəfərin isə yunan-roma güləşi ilə məşğul olduğu qeyd olunub.

İnsanların ən az məşğul olduğu idman növləri arasında otüstü xokkey (274 nəfər), qılıncoynatma (435 nəfər), badminton (1239 nəfər) və bədii gimnastika (1485 nəfər) yer alır.

DİGƏR XƏBƏRLƏR

Top