Ərdoğan: Afrin əməliyyatı İdlib ilə davam edəcək

Türkiyənin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyat İdlib vilayətində davam edəcək.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri Münbiçdə də əməliyyat aparacaq: “Torpaqları həqiqi sahiblərinə qaytarmaq üçün Münbiçə gedəcəyik”.

R. T. Ərdoğan ABŞ-ın Münbiçdən çıxacaqlarına dair vədini xatırladaq bildirib: “Çıxın oradan. Kimləri oraya gətirdiniz? PYD, YPG və PKK-yı. Hələ də yerləşdirirsiniz və bizə Münbiçə gəlməyin deyirsiniz. Bu bölgədə bir şey həyata keçiriləcəksə, bunu NATO-da birlikdə olduğunuz Türkiyə ilə birgə edin”.

DİGƏR XƏBƏRLƏR

Top