Putinin prezidentliyə namizədliyi qeydə alındı

Rusiya Mərkəzi Seçki Komissiyası Vladimir Putinin martda keçiriləcək prezident seçkilərində namizədliyini qeydə alıb.

Yeniavaz.com-un "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya Prezidentinin namizəd vəsiqəsi onun vəkili Sergey Kabışevə təqdim olunub. V. Putin seçkilərə müstəqil namizəd kimi gedir.

Qeydiyyata alınmaq üçün o, seçicilərin azı 300 min imzasını toplamalıydı.

Qeyd edək, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

Seçki Komissiyası indiyədək Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Sergey Qrudininin namizədliyini qeydə alıb.

DİGƏR XƏBƏRLƏR

Top