Afrində zərərsizləşdirilən terrorçuların son sayı açıqlandı

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusunun dəstəyi ilə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində bu günədək 970 terrorçu zərərsizləşdirilib.

Yeniavaz.com-un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə TSQ-nın məlumatında deyilir.

Bildirilir ki, fevralın 6-da PKK/KCK/PYD-YPG və İŞİD terrorçularına qarşı aparılan əməliyyatda 23 terrorçu məhv edilib.

Bununla da yanvarın 20-də başlayan "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 970-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top