Neft Fondunun yanvar ayındakı gəlirləri açıqlandı

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə əldə etdiyi ümumi gəlirlər (2001-ci ildən etibarən) 129 milyard 137 milyon dollar olub. Yeniavaz.com Neft Fondundan açıqlanan məlumatlara istinadən bildirir ki, Fondun son bir ay ərzində AÇG yatağından əldə etdiyi gəlir 651,6 milyon dollar olub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2050-ci ilə qədər uzadılması çərçivəsində xarici sərmayəçilər tərəfindən ödənilən bonusun həcmi isə 450 milyon dollar təşkil edib.

"Şahdəniz" yatağı üzrə əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) isə 2 milyard 506 milyon dollar olub. "Şahdəniz" layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən ödənilən əlavə bonus isə 108 min dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top