Afrində türk hərbçisi şəhid olub

Fevralın 5-də Suriyanın Afrin bölgəsində minaatanlardan açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçisi həlak olub. Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

Bundan əvvəl “Zeytun budağı” əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayının 15-ə çatdığı, 62 əsgərin yaralandığı bildirilirdi. Məlumata əsasən, əməliyyat başlayandan Afrin bölgəsində 947 terrorçu məhv edilib. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top