İtaliya yığmasına müvəqqəti baş məşqçi təyin edildi

Luici di Byaco futbol üzrə İtaliya yığmasının baş məşqçisinin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib. Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis ölkənin gənclərdən ibarət millisinin baş məşqçi vəzifəsini tutmağa davam edəcək. L. Di Byaco qarşıdakı iki yoldaşlıq oyununda İtaliya yığmasına rəhbərlik edəcək. İtalyanlar martın 23-də Argentina, dörd gündən sonra isə İngiltərə ilə qarşılaşacaqlar. Xatırladaq ki, ölkə millisinin əvvəlki baş məşqçisi Canpyero Ventura olub. O, 2017-ci ilin noyabrında vəzifəsini tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top