
LUKOYL neft şirkəti Xəzərdə qaz-kimya kompleksinin tikintisinə 120 milyard rubl sərmayə qoyacaq. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu şirkərin rəhbəri Vahid Ələkbərov Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə deyib. O bildirib: “Biz yeni kompleks layihəsini hazırlamışıq. Bu, Xəzərin şimalının kompleks mənimsənilməsidir. Hazırda qaz kəməri Budennovsk rayonuna gedir. Orada qaz-kimya kompleksinin tikintisinə dair investiya qərarı qəbul olunub. Kompleksin iki istiqaməti olacaq – kimyəvi maddələr və polietilen, polipropilen”.
Tətbiqimizi yükləyə bilərsiniz