Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın İdlib bölgəsində dördüncü müşahidə məntəqəsini qurmağa başlayıb. Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu məqsədlə TSQ-nın hərbi karvanı İdlibə daxil olub. Türkiyə Rusiya və İranla birlikdə bağladığı Astana sazişi çərçivəsində Suriyanın şimal-qərbindəki şəhərdə daha əvvəl üç müşahidə məntəqəsi qurub. TSQ 2017-ci il oktyabrın 12-də İdlibdə müşahidə məntəqəsi qurmağa başlayıb. Türkiyə ümumilikdə 12 müşahidə məntəqəsi qurmalıdır. Sazişə əsasən, türk hərbçiləri İdlibin daxilində, Rusiya hərbi qüvvələri müxaliflərin nəzarətindəki bölgənin xaricində, rejim ilə müxaliflər isə cəbhə xəttində yerləşdiriləcək.