BMU-nun rektoru H. Məmmədov Rumıniyada işgüzar səfərdə olub

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov və prorektoru Azər İmanquliyev fevralın 1-dən -3-nə kimi Rumıniyada işgüzar səfərdə olublar. Buxarest Politexnik Universitetinin rektoru Mihnea Kostoiunun dəvəti ilə baş tutan səfərdə universitetlər arasında müəllim tələbə mübadiləsi, birgə layihəĺərin icrası, elmi konfransların təşkili, ikili diplomların təsis edilməsi, müştərək magistr və doktorantura hazırlığı kimi fəaliyyətləri nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə BPU ilə birgə sahibkaryönümlü universitet modeli mövzusunda beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top