İran XİN: Türkiyə Suriyaya müdaxiləsinə yenidən baxmalıdır

Türkiyə rəhbərliyi Suriyaya öz müdaxiləsini yenidən nəzərdən keçirməlidir. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib. Bununla belə, o qeyd edib ki, İran, Türkiyə və Rusiya arasında Suriyaya dair məsləhətləşmələr davam edir. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK/PYD/YPG/KCK və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top