ABŞ İraqdakı hərbçilərinin sayını azaldır

ABŞ İŞİD terror qruplaşması ilə mübarizəyə başlamasından bəri ilk dəfə olaraq İraqdakı hərbçilərinin sayını azaltmağa başlayıb. Yeniavaz.com-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hərbçilər İraqdakı qrupları, silahları və təchizatları Əfqanıstana göndərirlər. Bununla belə, son həftələrdə ölkəni onlarla amerikalı hərbçi tərk edib. İraq hökümətindəki mənbə bildirib ki, ABŞ-ın başçılıq etdiyi koalisiya ölkədə İŞİD ilə mübarizəyə başladıqdan bəri ilk dəfə olaraq hərbi iştirakın azaldılması barədə razılığa gəlib. Qeyd edək ki, ABŞ-ın başçılıq etdiyi koalisiya 2014-cü ildən İraqda terrorçulara qarşı əməliyyat keçirir. İraq hökuməti 2017-ci ilin dekabrında ölkədə İŞİD-ə qarşı müharibənin qələbə ilə başa çatdığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top