Ötən ay Gürcüstana ən çox Azərbaycandan səfər edilib

Yanvar ayında Azərbaycan Gürcüstana səfər etmiş əcnəbi ziyarətçilərin sayına görə 1-ci yeri tutub. Gürcüstanın Milli Turizm Administrasiyasından verilən xəbərə görə, ötən ay Azərbaycandan qonşu ölkəyə 116 503 nəfər səfər edib ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 976 nəfər və ya 0,8% çoxdur.

Yanvar ayında Gürcüstana ümumilikdə 444 241 əcnəbi ziyarətçi səfər edib. Bu, ötən ilin analoji göstəricisindən 14,8% çoxdur.

Ötən ay Azərbaycandan sonra Gürcüstana ən çox ziyarətçi Türkiyə (94 959 nəfər), Ermənistan (93 711), Rusiya (71,141) və İrandan (15 570) səfər edib.

Gürcüstanın Milli Turizm Administrasiyası bu il ölkəyə 8 milyondan çox əcnəbi ziyarətçinin səfər edəcəyini proqnozlaşdırır. Turizmdən əldə olunacaq gəlirlərin isə 3 mlrd. dollardan artıq olacağı gözlənilir. apa

DİGƏR XƏBƏRLƏR

Top