"Təhsil Nazirliyi fənn olimpiadası keçirib, belə sual olar?" - İTTİHAM

"Bildiyiniz kimi, dünəndən etibarən Təhsil Nazirliyi orta məktəb şagirdləri arasında fənn olimpiadasının rayon turunu keçirib. Tarix fənni üzrə olimpiada sualları mənə çatdı. Başa düşdüm ki, ya bu sualları əmək müəllimi yazıb, yada tarix elminin, şagirdlərin düşməni". Yeniavaz.com xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
"Maraqlıdır ki, 10 ildir kurikulum standartları ilə dərs keçrilir (?), amma 1 sualda belə kurikulum reallaşdırılmayıb. Ay bu sualı seçən, ay bu olimpiadaya rəhbərlik edən, burda bir sualda yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi göstərin.
Bütün suallar əzbərçi, hafizə yönümlü. Gəlsin o sualı seçən, ona 25 sual yazım verim, yarısını yaza bilsə, pul mükafatı verəcəm. Bu nə sualdır? Şagirdin nəyinə lazımdır o qədər özbək, uyğun şairinin adını yadında saxlasın? Və ya nə qədər pambıq, badımcan yığılıb? Sən özün onları bilirsən?
Kitabı qabağına qoymaqla sual yazmaq olar, amma unutma ki, şagird o suala cavab yazanda qabağında kitab olmur. Biri var çətin sual, biri də var, ...... sual. O suallara, sualı yazanlara, seçənlərə Neftçalanın dağ kəndində müəllimin dediyi kimi, yağlı bir İKİ. Sualların bir qisimini paylaşıram, o müəllimə deyin, həftə içi gəlsin dərslərimə",-deyə Kamran Əsədov narazılığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top