Həyat yoldaşı növbəti dəfə Trampı utandırdı - VİDEO

Sosial şəbəkələrdə ABŞ-ın birinci xanımı Melaniya Trampın öz əri ilə birgə şəkil çəkdirməkdən imtina etdiyini göstərən kadrlar yayılıb.

İnsident Florida ştatında Palm-Biç aeroportunda qeydə alınıb.

Protokola əsasən, cütlük təyyarədən çıxmalı və qısa müddət dayanmalı idilər ki, jurnalistlər şəkil çəkə bilsinlər.

Twitter-də yayılmış kadrlardan görünür ki, Melaniya Donald Trampdan aralıda dayanıb, əlini ona vermir və təyyarədən düşdükdən dərhal sonra maşına tərəf gedir. Tramp tənha qalaraq, fotoqraflara əl yelləyir və özü də maşına əyləşir.

Qeyd edək ki, Melaniya Tramp dəfələrlə amerikalı lideri pis vəziyyətdə qoyub. Belə ki, o, Romaya, daha əvvəl isə İsrailə səfər zamanı ərinin əlindən tutmaqdan imtina edib.oxu.az

tramp

DİGƏR XƏBƏRLƏR

Top