Azərbycanda yol qırğını: 5 nəfər öldü

Şənbə günü Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər ölüb. Fevralın 3-də ölkə yollarında ümumilikdə 6 avtomobil qəzası baş verib. Nəticədə daha 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Şənbə günü Bakının Sabunçu və Nizami rayonunda, eləcə də Füzulidə piyadalar yol qəzasının qurbanı olub. Gədəbəydə isə avtomobilin aşması bir nəfərin ölümünə, daha bir şəxsin isə yaralanmasına səbəb olub. Bakının Suraxanı rayonu ərazisində "Mercedes"in maneəyə çırpılması 1 nəfərin ölümünə, daha 3 nəfərin xəsarət almasına səbəb olub.

Hər bir faktla bağlı araşdırma aparılır.lent.az

DİGƏR XƏBƏRLƏR

Top