Hava limanında sərnişinin pulunu oğurladılar - QƏRİBƏ HADİSƏ

Azərbaycanlı fəal Bəxtiyar Hacıyevin Honq Konqda başına qəribə hadisə gəlib.

B.Hacıyev bu barədə Facebook-da yazıb.

"Bu gün İstanbuldan Honq Konqa uçurdum. Əl çantamda, içəri ciblərdən birində, zərfin içində hər ehtimala qarşı (kart itsə, nəğd lazım olsa) nəğd pul saxlayırdım. Honq Konqa çatdım, gömrükdə X-raydan keçirdilər. Çıxdım hava limanından. Əlimi atdım həmin iç cibə, zərfi götürdüm ki, azca nəğd pul dəyişim, mərkəzə gedim. Baxdım ki, zərfin içində pul əvəzinə, pul kimi kəsilmiş sarı kağızlar var ancaq. Bir də, 4 dənə 1 dollarlıq saxlayıblar mənə, daha yuxarıları (10,20,50, 100) götürüblər.

Polis gəldi, kameralara baxdıq, gördüm gömrüklük deyil. Polislər dedilər ki, o tərəflərə uzun sürən reyslərdə oğrular başqalarının əl baqajlarını açırlar, nəğd pul və dəyərli əşyalarını götürürlər. Uzun reyslərdə hamı yatdığı vaxtlarda gəlib, sanki öz baqajını götürürmüş kimi götürüb, oğurluq edirlər".baku.ws

DİGƏR XƏBƏRLƏR

Top