"Real Madrid" - "PSJ" matçına biletlər 37 dəqiqəyə satılıb qurtarıb

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid" və "PSJ" arasında keçiriləcək ilk matçın biletləri 37 dəqiqəyə satılıb.

Hazırda biletlər yalnız müxtəlif proqramlarda ikinci əldən satılır. Məsələn, "StubHub"da qiymətlər 300 - 24080 avro arasında dəyişir.

Madrid klubu dəfələrlə bu kimi təşəbbüslərə qarşı çıxıb. Bundan əlavə, əldən bilet alan fanatların stadiona girişinə zəmanət verilmir.

Qeyd edək ki, "Real Madrid" - "PSJ" matçı fevralın 14-də "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. Cavab görüşü martın 6-nda "Park de Prens" də keçiriləcək.trend

DİGƏR XƏBƏRLƏR

Top