Qərbi Afrika sahillərində 22 dənizçinin olduğu tanker yoxa çıxıb

Göyərtəsində 22 hind dənizçinin olduğu "Marine Express" tankeri Qərbi Afrika sahillərində itib. Panamada qeydiyyatdan keçən gəminin heyət üzvləri ilə iki sutkadan artıqdır əlaqə yoxdur. Sonuncu dəfə onlardan informasiya tanker Benin sahillərində lövbər salarkən daxil olub. NDTV telekanalının məlumatına görə, gəmi sahiblərinin tankerin yük və pul üçün piratlar tərəfindən qaçırıla biləcəyini istisna etmirlər. Çünki tankerdə 8,1 milyon dollarlıq 13,5 min ton neft olub. Hindistanın Gəmiçilik Nazirliyi tankerin axtarışına kömək etmələri üçün Benin və Nigeriyanın rəsmi şəxslərinə müraciət ünvanlayıb.Report

DİGƏR XƏBƏRLƏR

Top