Almaniya kəşfiyyatı: Şimali Koreya nüvə proqramı üçün malların alınmasında səfirlikdən istifadə edir

Şimali Koreya raket və nüvə proqramının inkişafı üçün nəzərdə tutulmuş malların alınması məqsədi ilə Berlindəki səfirliyindən istifadə edir. Yeniavaz.com-un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya Konstitusiyasının Qorunması üzrə Federal Xidmətin (əks-kəşfiyyat) rəhbəri Hans-Georq Masen deyib. O bildirib: “Biz etiraf etməliyik ki, oradan malların alınması üzrə fəaliyyət həyata keçirilir. Fikrimizcə, bu, raket, qismən də nüvə proqramı ilə bağlı mallardır. Biz bu cür sövdələşmələri aşkarlayanda onların qarşısını alırıq. Lakin bütün hallarda buna təminat verə bilmərik. Şimali Koreya nümayəndələri ikili təyinatlı mallar ala və digər bazarlar vasitəsilə, yaxud kölgə işbazların köməyindən, o cümlədə Almaniyada yararlana bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top