Erməni qadın 62 dollar borca görə 10 yaşlı qızı girov saxlayıb

Ermənistanda müstəntiqlər Yeğvard şəhərinin qadın sakinini 10 yaşlı qızı girov saxlamaqda şübhəli bilir. Yeniavaz.com-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, o, qızın anasından 30 min dram (62 dollar) məbləğində olan borcunu qaytarmasını tələb edib. Qadın qızın ailəsi ilə mövcud yaxın münasibətlərdən yararlanaraq onu mağazaya baş çəkmək bəhanəsi ilə evinə gətirib və tələbinin yetirilməyəcəyi təqdirdə, qızı azadlığa buraxmayacağı ilə hədələyib. Hadisə barədə qızın anası polisə məlumat verib. İndi qızı girov saxlamış qadını 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top