Azərbaycan - İspaniya matçının hakimləri bilindi

Futzal üzrə Avropa çempionatının final mərhələsinin III turunun təyinatları açıqlanıb. Millimizin İspaniya ilə sabah keçiriləcək görüşünün də hakimləri bəlli olub. Matçın 1-ci hakimi rusiyalı Vladimir Kadikov olacaq. 2-ci hakim funksiyasını sloveniyalı Admir Zahoviç yerinə yetirəcək. İtaliyalı Alessandro Malfer 3-cü hakim olacaq. Qeyd edək ki, Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top