Tahir Kərimli: “Mənim adımdan yalan məlumat yayıblar”

Milli Məclisin deputatı Tahir Kərimli bir sıra saytlarda, o cümlədən sosial şəbəkələrdə onun adından özünə aid olmayan məlumatlar yayıldığını bildirib.
Tahir Kərimli açıqlamasında deyib ki: “Mənim adımdan intihar edənlərin müsəlman adəti ilə basdırılmasının qadağan olunması və hətta ümumi qəbristanlıqda basdırılmaması, onlarla bağlı dini mərasimlərin keçirilməsinin yolverilməzliyi haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıblar.
Və belə yalan məlumatlara görə ünvanıma xoşagəlməz fikirlər səsləndirilib. Bildirirəm ki, mən intihar halının, Vətən naminə şəhid olma qəhrəmanlığı istisna olmaqla, fərdi şəkildə həyata keçirilməsinin adətimizdə və dinimizdə bəyənilmədiyini söyləmişəm. Belə hallar sosial, psixoloji sarsıntılar və ya özünü öldürmə həddinə çatdrıma nəticəsində baş verdiyinə görə, intiharlara qarşı ciddi maarifçilik işinin aparılmasının həyata keçirilməsinin zəruri olduğunu bildirmişəm”. Deputatın sözlərinə görə, onun adından yalan məlumat yayan saytlara məktub göndərilərək təkzib verilmək tələb olunub. Əks halda məhkəmə perespektivi gözləniləndir.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top