Yaponiyada dünyada ən kiçik raket daşıyıcısını orbitə buraxıblar. Yeniavaz.com-un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, SS-520 adlı raket daşıyıcısının çəkisi cəmi üç tondur. Eksperimental buraxılış Sakit okean sahilində yerləşən Utinoura kosmodromundan həyata keçirilib. Əgər buraxılışın bütün üç mərhələsi uğurlu alınsa, raket daşıyıcısı orbitə süni peyk çatdırmış ən kiçik daşıyıcı olacaq.